• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Abşeronda sexdə YANĞIN - VİDEO

HADİSƏ

13 Iyul 2025 | 12:17 | Müəllif: Subhan Mahmudov

Abşeronda sexdə YANĞIN - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində hər birinin tutumu 200 litr olan 6 ədəd dəmir çəlləklərin içərisində həlledici qalıqları, 10 p.m. elektrik kabeli, 20 ədəd taxta tara, ümumi sahəsi 1500 m² olan birmərtəbəli toz boya istehsalı sexinin içərisində 2 m² sahədə karton qutular yanıb.

Sex yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026