• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

İstirahət mərkəzində oğurluq edənlər saxlanıldı

HADİSƏ

12 Avqust 2025 | 11:46

İstirahət mərkəzində oğurluq edənlər saxlanıldı

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.

    Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin şəxslər saxlanılıblar.

    Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR