• Bakı 23° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Beyləqan bazarında YANĞIN - YENİLƏNİB 

HADİSƏ

14 Iyun 2025 | 06:33

Beyləqan bazarında YANĞIN - YENİLƏNİB 

Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bakıvaxti.az xəbər verir ki, bu haqda FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

02:11

Beyləqanda bazar yanır.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR