• Bakı 8° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əkin sahəsində meyiti TAPILDI

HADİSƏ

13 Iyul 2025 | 14:47 | Müəllif: Subhan Mahmudov

Əkin sahəsində meyiti TAPILDI

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR