Şəmkirdə iki nəfər su kanalında batıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./report