İngiltərə nəhəngi "Arsenal" "Real Madrid"in gənc ulduzu Arda Güleri transfer etməyə hazırlaşır.
Bakıvaxtı.az bu barədə Milli.az-a istinadən xəbər verir.
Klublar arasında danışıqların qısa müddətdə başlaması nəzərdə tutulur.
"Topçular" 20 yaşlı futbolçu üçün Kral klubuna 40 milyon avro təklif edəcək.
Bildirək ki, Arda Güler bu mövsüm meydana çıxdığı 34 matçda 3 qol və 7 asisti adına yazdırmağı bacarıb.