• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Real” Xabi Alonsoya görə “Bayer”ə təzminat ödəyəcəkmi?

İDMAN

14 May 2025 | 21:26 | Müəllif: Subhan Mahmudov

“Real” Xabi Alonsoya görə “Bayer”ə təzminat ödəyəcəkmi?

"Real" Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsonun mümkün keçidi üçün heç bir ödəniş etməyəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Almaniya klubu ispaniyalı mütəxəssisin müqaviləsinin başa çatmasına bir il qalmış ayrılmasına razılıq verib. Beləliklə, Madrid təmsilçisi bu keçid üçün təzminat ödəməyəcək. Son illərdə “kral klubu” tez-tez təzminat ödəmədən böyük transferləri reallaşdırmağa üstünlük verir.

Qeyd edək ki, daha öncə "Bayer"in mətbuat xidməti baş məşqçi Xabi Alonsonun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. /qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR