• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Kliniki ölüm keçirən qadının bətnindəki döl tələf olub - YENİLƏNİB

HADİSƏ

15 Aprel 2025 | 14:40

Kliniki ölüm keçirən qadının bətnindəki döl tələf olub - YENİLƏNİB

15.04.2025-ci il tarixində saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

Müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb. Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

***

12:46

Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadının bətnindəki döl tələf olub.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının halı qəfil pisləşib.

İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində ana F.Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyərini bərpa etmək mümkün olub. Onun bətnindəki döl tələf olub.

Hazırda F.Yusifovanın səhhəti kafi qiymətləndirilir.


SON XƏBƏRLƏR

15 Aprel 2025