• Bakı 30° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcək

CƏMİYYƏT

15 Aprel 2025 | 16:34

Bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcək

Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinın satışı, eləcə də hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiymətinin müəyyən olunması sahəsində yeni səlahiyyət müəyyənləşib.

Milli Məclisin deputatı Vüqar Bayramovun bildirib ki, yeni dəyişikliklərə əsasən, torpağın qiyməti bilavasitə bələdiyyələr tərəfindən deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müəyyən ediləcək.

Deputat nəzərə çatdırıb ki, bələdiyyələr artıq torpaqları qiymətləndirə bilməyəcəklər. Yeni qanuna əsasən, bələdiyyə torpaqlarının qiyməti qiymətləndiricilər tərəfindən müəyyənləşdiriləcək.

"Bu dəyişiklik sözügedən sahədə şəffaflığın daha da gücləndirilməsinə, vətəndaşların torpaqlara əlçatanlığının artmasına, maraqların toqquşmasının qarşısının alınmasına və sui-istifadə hallarının aradan qaldırılmasına xidmət edəcək",- deyə Vüqar Bayramov qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Iyul 2025