• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Bədən kütlə indeksi nədir və necə hesablanır?

CƏMİYYƏT

15 May 2025 | 15:42

Bədən kütlə indeksi nədir və necə hesablanır?

Müasir dövrdə Azərbaycanda və dünyada əsas sağlamlıq problemlərindən biri artıq çəki və piylənmədir. Bu, adətən azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma və maarifləndirmə çatışmazlığı nəticəsində meydana çıxır.

Bakıvaxtı.az xəbər verir ki, piylənmənin qiymətləndirilməsində isə ən çox istifadə edilən metod bədən kütlə indeksi (BKİ) hesab olunur.

BKİ — şəxsin boyuna görə normal çəkiyə sahib olub-olmadığını göstərən sadə bir hesablamadır. Bu göstəricini hesablamaq üçün çəki (kq) boyun kvadratına (m²) bölünür:
BKİ = çəki (kq) / boy (m) x boy (m)

Məsələn, boyu 1.75 metr, çəkisi 70 kiloqram olan şəxsin BKİ-si belə hesablanır:
70 / (1.75 × 1.75) = 22.88 — bu nəticə “normal çəki” göstəricisidir.

Dünya Səhiyyə Təşkilatının BKİ-yə əsaslanan təsnifatı belədir:

  • 18.5 və aşağı – Zəif

  • 18.5–24.9 – Normal çəki

  • 25–29.9 – Artıq çəki

  • 30–34.9 – 1-ci dərəcəli piylənmə

  • 35–39.9 – 2-ci dərəcəli piylənmə

  • 40 və yuxarı – Ağır dərəcəli (morbid) piylənmə

BKİ-ni hesablamaq üçün xüsusi cihaz tələb olunmur. Çəkinizi və boyunuzu bildiyiniz halda ev şəraitində sadə bir riyazi əməliyyatla bu göstəricini müəyyən edə bilərsiniz. Əlavə dəqiqlik və sağlamlıq analizi üçün isə həkim və ya diyetoloq məsləhəti almaq tövsiyə olunur.

BKİ göstəriciləri cinsiyyətə görə fərqlənə bilər. Kişilərdə əzələ kütləsi daha yüksək olduğundan onların BKİ-si qadınlara nisbətən bir qədər yuxarı ola bilər və bu normal sayılır.

Mütəxəssislər bildirirlər ki, bədəndə yağın çox olması insult, ürək-damar xəstəlikləri və şəkərli diabet kimi ciddi xəstəliklərə səbəb ola bilər. Əksinə, yağın az olması isə orqanizmin müdafiə sistemini zəiflədir. Bu baxımdan, sağlam həyat üçün bədən yağının miqdarı balanslı olmalıdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR