• Bakı 21° C

    2.45 m/s

Azərbaycanda taksi şirkəti 40 min cərimə edildi

İQTİSADİYYAT

15 May 2025 | 18:00

Azərbaycanda taksi şirkəti 40 min cərimə edildi

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

Bakıvaxtı.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026