• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Elm və təhsil xərclərinə kompleks baxılmalıdır - Sahil Babayev

İQTİSADİYYAT

13 Iyun 2025 | 13:03

Elm və təhsil xərclərinə kompleks baxılmalıdır - Sahil Babayev

"Qaldırılan məsələ elm və təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinin az olması ilə bağlıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, elm və təhsil xərclərinə kompleks baxılmalıdır. 

Bildirib ki, hesabat ilində təhsil və elm xərcləri 4,8 milyard manat olmaqla, ÜDM-in 4 faizi məbləğində proqnozlaşdırılmışdır. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 faizi həcmində proqnozlaşdırılır. 

"Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025