• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Nazir: 3,5 milyard manatdan çox  ipoteka krediti verilib

İQTİSADİYYAT

13 Iyun 2025 | 13:04

Nazir: 3,5 milyard manatdan çox  ipoteka krediti verilib

"Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka şərtlərinə uyğun kontingentin 90%-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onu paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə bağlı idi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumilikdə İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox  ipoteka krediti verilib.

Nəzərə çatdırıb ki, ipoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb.

"Qeyd edilməlidir ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan  sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb.
Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025