• Bakı 29° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Azərbaycanda əmtəəlik xam neft istehsalı 5%-dən çox azalıb

İQTİSADİYYAT

12 Iyul 2025 | 15:32

Azərbaycanda əmtəəlik xam neft istehsalı 5%-dən çox azalıb

Bu ilin birinci yarısında Azərbaycanda 13,66 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 760 min ton, yaxud da 5,3% azalıb. Keçən ilin yanvar-iyun aylarında ölkədə 14,42 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunmuşdu.

Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb. Əmtəəlik təbii qaz hasilatı 19,3 milyard kub metr təşkil edib. Əmtəəlik qaz hasilatı 1,1% artıb.


SON XƏBƏRLƏR