• Bakı 28° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Estoniya 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır

İQTİSADİYYAT

11 Avqust 2025 | 13:01

Estoniya 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır

Estoniya Avropa Komissiyasının (AK) dəstəyi ilə müdafiə xərclərini maliyyələşdirmək üçün 3,6 milyard avroya qədər kredit götürməyi planlaşdırır.

Bakıvaxtı.az "ERR" portalına istinadən xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin dövlət xəzinədarlığı departamentinin rəhbəri Janno Luurmees açıqlama verib.

Onun sözlərinə görə, Estoniya kredit almaqda maraqlıdır. Müdafiə Nazirliyi kredit üçün ilkin ərizə hazırlayaraq Avropa Komissiyasına göndərib, lakin bütün proses hələlik nisbətən erkən mərhələdədir. Kreditin dəqiq məbləği, həmçinin ödəmə müddəti hələ müəyyən edilməyib. 

Estoniya Müdafiə Nazirliyinin NATO və Avropa İttifaqı departamentinin rəhbəri Kalle Kirss öz növbəsində bildirib ki, müdafiə krediti orta və yaxın mənzilli hava hücumundan müdafiə sistemləri üçün zenit-raket kompleksləri, artilleriya mərmiləri və digər döyüş sursatları, piyada döyüş maşınlarının alınması, habelə respublikanın hərbi dəniz qüvvələrinin silah-sursatının artırılmasına yönəldilməsi planlaşdırılır. Həmçinin digər ölkələrlə əməkdaşlıq çərçivəsində, yəni müştərək satınalmalar yolu ilə müdafiə vasitələrinin alınması planlaşdırılır.

Gülşən Şərif


SON XƏBƏRLƏR