• Bakı 21° C

    10.03 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Naxçıvan–Bakı avtobus biletləri ilə bağlı 1,5 mln. manatlıq pozuntu aşkarlanıb

İQTİSADİYYAT

09 Sentyabr 2025 | 17:35

Naxçıvan–Bakı avtobus biletləri ilə bağlı 1,5 mln. manatlıq pozuntu aşkarlanıb

Naxçıvanda avtobus biletlərinin satışında kassa intizamı pozulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi”ndə apardığını audit yoxlamasında bildirilib.

    Bildirilib ki, kassa sənədləşdirilməsi aparılmadan Naxçıvan–Bakı biletlərindən 1,5 milyon manata yaxın vəsait toplanıb, bunun 78%-i sürücülərə əlbə-əl verilib. Məlumata görə, 2023-cü ildə 593,4 min manat, 2024-cü ildə isə 919,9 min manat həcmində vəsait kassa kitabı, mədaxil və məxaric orderləri olmadan toplanıb. Audit nəticəsində aşkar olunub ki, toplanan məbləğin yalnız 22 faizi isə xəzinədarlar tərəfindən Agentliyin bank hesabına ödənilib.

    Ümumilikdə audit göstərir ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə intizamı zəifdir, şəffaflıq aşağıdır və qanun pozuntuları geniş yayılıb. Əsas problem sahələri – əməkhaqqı ödənişləri, əmlakın idarə olunması, kassa əməliyyatları və maliyyə uçotudur.


    SON XƏBƏRLƏR