• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

"Brent" markalı neftin bir barelinin orta qiyməti azalacaq - PROQNOZ

İQTİSADİYYAT

08 Oktyabr 2025 | 16:40

Brent markalı neftin bir barelinin orta qiyməti azalacaq - PROQNOZ

2026-cı il üçün orta barel qiyməti "Brent" markalı neft üçün 52,16 dollar, "WTI" üçün isə 48,50 dollar səviyyəsində proqnozlaşdırılır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

EIA-nın "Oktyabr 2025 Qısamüddətli Enerji Görünüşü"nə əsasən, bu il "Brent" markalı neftin bir barelinin orta qiymətinin əvvəlki təxmindən 67,80 dollar azalaraq 68,64 dollar olacağı proqnozlaşdırılır. O cümlədən, gələn ilin birinci rübündə inventar artımının gündəlik orta hesabla 2,7 milyon bareldən çox olacağı proqnozlaşdırılır. Bununla belə, qlobal tələbatın artması və neft hasilatının artımının bir qədər yavaşlaması səbəbindən inventar artımlarının növbəti aylarda yavaşlaması gözlənilir.

Hesabatda qeyd olunub ki, Çinin ehtiyat yığma tempi, Rusiya-Ukrayna müharibəsi və ABŞ-ın ticarət siyasəti kimi amillər neft qiymətlərinə təzyiq göstərə bilər. Bundan əlavə, ilin sonunda gözlənilən təklif artıqlığı OPEC+ qrupunu hasilat planlarına yenidən baxmağa vadar edə bilər.

Həmçinin 2026-cı ildə qlobal tədarükün gündəlik orta hesabla 107 milyon 170 min barrelə, istehlakın isə gündəlik 105 milyon 110 min barrelə çatacağı gözlənilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR