• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Sovetski"də 50-dən artıq binaya tarixi abidə statusu veriləcək

İQTİSADİYYAT

06 Noyabr 2025 | 12:33

"Sovetski"də 50-dən artıq binaya tarixi abidə statusu veriləcək

"Sovetski"də 50-dən artıq binaya tarixi abidə statusunun verilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

"Son illər ərzində Bakı şəhəri ərazisində insanyönümlü şəhərin yaradılması, müasirləşdirilməsi istiqamətində işlər görülür. Son bir neçə ay ərzində keçmiş "Sovetski" ərazisində regenerasiya layihəsi icra olunur", - o qeyd edib.

İdarə rəisi bu işlərin icrası zamanı əsas məsələnin mədəni irsin qorunması olduğunu vurğulayıb:

"Bu hissə şəhərsalma baxımından çox böyük və əhəmiyyətli ərazidir. Burada heç bir halda mədəni irs nümunəsinin, tarixi abidənin sökülməsinə yol verilmir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026