• Bakı 12° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Rus neftinin dəniz yolu ilə daşınması qadağan edilə bilər

İQTİSADİYYAT

06 Dekabr 2025 | 00:10

Rus neftinin dəniz yolu ilə daşınması qadağan edilə bilər

Avropa Birliyi və G7 ölkələri Rusiya neftinə tətbiq olunan qiymət limitini dəniz nəqliyyatı xidmətlərinə tam qadağa qoyulması ilə əvəz etməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” altı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, belə bir qadağa AB-nin 2026-cı ilin əvvəlində qəbul edilməsi planlaşdırılan növbəti sanksiyalar paketi və G7-nin müvafiq tədbirləri çərçivəsində elan edilə bilər.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ və Böyük Britaniya nümayəndələri bu ideyanı G7-nin texniki görüşlərində fəal şəkildə təbliğ edirlər./axar.az


SON XƏBƏRLƏR

05 Dekabr 2025