• Bakı C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İçkilərin idxalı ilə bağlı xərclər 13%-dən çox artdı

İQTİSADİYYAT

03 Yanvar 2026 | 16:48

İçkilərin idxalı ilə bağlı xərclər 13%-dən çox artdı

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 104,668 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 64,363 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 0,1 % azdır.

Bu məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,49 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,28 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.


SON XƏBƏRLƏR

03 Yanvar 2026