• Bakı 13° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Mikayıl Cabbarov Andreas Şoyerlə görüşdü

İQTİSADİYYAT

06 Dekabr 2025 | 11:43

Mikayıl Cabbarov Andreas Şoyerlə görüşdü

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Asienbrücke”Assosiasiyasının prezidenti və İdarə Heyətinin sədri AndreasŞoyer ilə videokonfrans formatında görüş keçirib.

Görüşdə Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional tərəfdaşlığın təşviqi və qarşılıqlı biznes əlaqələrinin daha da gücləndirilməsiistiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər investisiya qoyuluşları, enerji layihələri, logistika və tranzit imkanları, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı da daxil olmaqla bir sıra prioritet sahələrdə əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

Qeyd edək ki, “Asienbrücke” Almaniya və Avropa ilə Asiya ölkələri arasında iqtisadi, siyasi və sosial körpü qurmağı hədəfləyən beynəlxalq assosiasiyadır. Assosiasiya biznes dairələri, dövlət qurumları və ictimai təşkilatları bir araya gətirərək tərəfdaşlıq layihələrinin təşviqi, investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilat enerji, ticarət, logistika, innovasiya və regional inkişaf sahələrində çoxşaxəli əməkdaşlıq platforması yaradır.


SON XƏBƏRLƏR

05 Dekabr 2025