• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

İQTİSADİYYAT

07 Noyabr 2025 | 14:53 | Müəllif: Əli Hüseynov

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 53 min 4929 vergi ödəyicisi olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Vergi ödəyicilərinin 94,8 %-i fiziki şəxslər, 5,2 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 8 %, şirkətlərin sayı isə 4,7 % artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 % artaraq 1 713 vahid olub. 10 ayda kommersiya qurumlarının 86,9 %-i elektron, 13,1 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026