• Bakı 12° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb

İQTİSADİYYAT

06 Dekabr 2025 | 13:40

Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 8,239,82 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 % azdır.

Noyabrda Türkiyə Azərbaycana 906,39 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 23,1 % azdır.

11 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 2,5 % azalaraq 2,553,7 milyard ABŞ dolları, oktyabrda isə 3,5 % azalaraq 250,9 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox xalça idxalını ABŞ 655,778 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9 % az), İraq 276,632 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,7 % çox) və Səudiyyə Ərəbistanı 263,364 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,1 % çox) dəyərində həyata keçirib.


SON XƏBƏRLƏR

05 Dekabr 2025