Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2025-ci ilin noyabrına əvvəlki ayla müqayisədə 213,2 milyon dollar artaraq rekord həddə çataraq 5,8 milyard dolları keçib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı açıqlama yayıb.
Açıqlamaya görə, Milli Bank əlverişli bazar şəraitini nəzərə alaraq cari dövrdə ehtiyatlarını artırmaqda davam edir. 2025-ci ilin yanvar-oktyabr aylarında xalis xarici valyuta alışları 1 763,3 milyon dollar təşkil edib.
Milli Bankın uzunmüddətli strategiyası ehtiyatların toplanmasına və ehtiyat aktivlərinin səmərəli idarə olunmasına yönəlib ki, bu da əldə olunmuş rekord səviyyə ilə təsdiqlənir.
2025-ci ilin noyabrına qızılın ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 16,5 faiz və ya 961,8 milyon dollar təşkil edib. Qızıl qiymətlərinin dəyişməsi nəticəsində pul qızılının dəyəri alındıqdan sonra 461,8 milyon dollar artıb.
Gülşən Şərif
Bakı 



