2023-cü ilin aprel və noyabr aylarında əlavə könüllü neft hasilatına düzəlişlər etmək barədə razılığa gələn Səkkizlik Qrupu (OPEC+) ölkələrinin növbəti görüşü 1 fevralda keçiriləcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Rusiya hökumətinin saytında dərc olunmuş açıqlamada yer alıb.
Açıqlamaya görə, 8 OPEC+ ölkəsi bazar şərtlərini, uyğunluğu və kompensasiyanı təhlil etmək üçün aylıq görüşlər keçirmək barədə razılığa gəlib. OPEC+ üzv olan səkkiz ölkə mövsümilik səbəbindən 2026-cı ilin fevral və mart aylarında hasilat artımını dayandırmaq barədə 2 noyabr 2025-ci il tarixli qərarını təsdiqləyib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novakın həmsədrliyi ilə keçirilən görüşdə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman, aşağı inventar səviyyələrində əks olunan güclü qlobal iqtisadi perspektiv və mövcud sağlam neft bazarı fundamentalları fonunda bazar sabitliyinə sadiqliklərini bir daha təsdiqlənib.
Gülşən Şərif
Bakı 



