Qazaxıstan 2026-cı ildə Almaniyaya neft tədarükünü ayda 130 min tona çatdırmağı planlaşdırıb.
Bakıvaxtı.az "Bloomberg"ə istindən xəbər verir ki, bu razılıq KMG İdarə Heyətinin sədri Asxat Xasenov və "Rosneft Deutschland GmbH" baş direktoru Yohannes Bremer arasında aparılan danışıqlardan sonra əldə olunub.
Məlumata görə, ikitərəfli danışıqlardan sonra Qazaxıstan neftinin Almaniyaya tədarükü ilə bağlı mövcud müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb.
Müqavilə Qaraçaqanak yatağının operatorundan aylıq neft tədarükünün 100 300 tondan 101 300 tona qədər artırılmasını nəzərdə tutur.
Gülşən Şərif