Çin hökuməti 14 Qərb müdafiə şirkəti və təşkilatına sanksiya tətbiq etmək qərarına gəlib.
Bakıvaxtı.az "South China Morning Post"a istinadən xəbər verir ki, bununla bağlı Çin Ticarət Nazirliyi bəyanat yayıb.
Bəyanata görə, sanksiyalar yarımkeçiricilər, əks mühəndislik və bazar təhlili ilə məşğul olan Kanadada yerləşən "TechInsights" şirkətini hədəf alıb. Bu qurumlara Çində ticarət etmək və investisiya etmək, Çində hüquqi və fiziki şəxslərə isə sanksiya tətbiq edilmiş təşkilatlarla iş görmək və ya həssas məlumatları onlarla paylaşmaq qadağandır.
Bundan əlavə, Çin bir sıra mədən texnologiyaları və xidmətlərinə ixrac nəzarəti tətbiq edib.
Ticarət Nazirliyi həmçinin bir sıra xarici təşkilatları Çinin təhlükəsizliyini təhdid edən məqsədlər üçün nadir torpaq metalları əldə etməyə cəhddə ittiham edib.
Gülşən Şərif