Rusiya bu ilin ilk 7 ayında 47 milyon dollardan çox dəyəri olan dondurma ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37% çoxdur.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Aqroeksport" federal mərkəzi hesabat yayıb.
Hesabata görə, fiziki ifadədə yanvar-iyul aylarında ixrac 9% artaraq 10 min tondan çox olub. Dəyər baxımından ilk 5 idxalçı sırasına Qazaxıstan (35%), Belarus (15%), Özbəkistan (13%), Monqolustan (10%) və Abxaziya (7%) daxildir.
İxrac artımının aparıcı qüvvəsi Aİİ ölkələri, Şərqi Asiya və digər yaxın xaric ölkələrinə tədarüklərdir. Qərbi Afrika ölkələri - Seneqal və Nigeriya da alışı artırır. Yeddi ay ərzində onlara təxminən 450 min dollara (22% çox) təxminən 180 ton dondurma verilib.
"Agroexport"un ilkin hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyanın dondurma ixracı 110 milyon dolları keçə bilər.
Gülşən Şərif