• Bakı 21° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Azərbaycandan Səudiyyəyə BU MƏHSULLARIN ixracını ARTIRACAQ

İQTİSADİYYAT

08 Oktyabr 2025 | 09:50

Azərbaycandan Səudiyyəyə BU MƏHSULLARIN ixracını ARTIRACAQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səudiyyə Ərəbistanın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş təşkil olunub, Azərbaycandan yumurta, ət, süd məhsulları və fitosanitar nəzarət altında olan digər kənd təsərrüfatı məhsullarının ixracının artırılması məsələləri müzakirə edilib.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, eyni zamanda "Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" imzalanmış Anlaşma Memorandumunun müddəalarının icrası müzakirə olunub. Ölkə daxilində məhdud dairələrdə tətbiq olunan zərərverici orqanizmlərin siyahısı və idxal karantin tələbləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Həmçinin, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025