Kapitallaşmaya görə Avstraliyanın dördüncü ən böyük bankı olan "ANZ Group" genişmiqyaslı restrukturizasiya elan edib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunun bir hissəsi olaraq bank işçilərinin 8%-dən çoxunu ixtisar etməyi və təxminən 370 milyon dollarlıq xərcləri əks etdirməyi planlaşdırır.
Bank bu ayın sonuna kimi 3500-ə yaxın işçinin şirkəti tərk edəcəyini bildirib. ANZ həmçinin məsləhətçilər və podratçılarla işini azaltmağı planlaşdırır ki, bu da daha 1000 işə təsir edəcək.
Bank maliyyə ilinin birinci yarısının (aprel-sentyabr) nəticələrində 560 milyon Avstraliya dolları (369 milyon dollar) restrukturizasiya xərcləri barədə məlumat verəcək.
Gülşən Şərif