• Bakı C

    12.68 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Əbu-Dabi danışıqlarının təxirə salınmasına belə CAVAB VERDİ

DÜNYA

03 Fevral 2026 | 18:57

Əbu-Dabi danışıqlarının təxirə salınmasına belə CAVAB VERDİ

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar Kiyevdən asılı olmayan səbəblərə görə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Fevralın 1-də Əbu-Dabidə keçiriləcək görüş Ukraynadan asılı olmayan səbəblərə görə təxirə salınıb”, - Zelenski deyib.

O əlavə edib ki, Kiyev ABŞ tərəfindən təklif olunarsa, münaqişənin deeskalasiyası üçün yeni addımları dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilməli olan üçtərəfli danışıqların növbəti mərhələsi 4-5 fevral tarixlərinə təxirə salınmışdı.

 


SON XƏBƏRLƏR