• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Braziliyada avtobus qəzasında ən azı 15 nəfər ölüb

DÜNYA

03 Fevral 2026 | 19:56

Braziliyada avtobus qəzasında ən azı 15 nəfər ölüb

Braziliyanın şimal-şərqində zəvvarları daşıyan avtobus ağır qəzaya uğrayıb ən azı 15 nəfər ölüb və onlarla insan xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, avtobusda təxminən 60 sərnişin olub. İlkin məlumatlara görə, o yolda aşıb, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Ölənlər arasında beş kişi, yeddi qadın və üç uşaq var. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Alaqoas ştatının hakimiyyəti üçgünlük matəm elan edib.


SON XƏBƏRLƏR