Ermənistanın Baş naziri Nikol Paşinyan Hindistan Müdafiə Qərargahının rəisi Anil Çauhanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, onlar müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Paşinyan Çauhanın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcəyini gözləyir. O, iki ölkə arasında əsrlər boyu davam edən isti münasibətləri vurğulayaraq, müxtəlif sahələrdə mövcud olan aktiv dialoqu qeyd edib.
Hindistan Müdafiə Qərargahının rəisi bildirib ki, gələcək əməkdaşlığı təşviq etmək üçün erməni həmkarları ilə effektiv müzakirələr aparıb.
Bakı 




