• Bakı C

    14.75 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Yaponiyada şaxtalı hava 27 nəfərin ölümünə səbəb oldu

DÜNYA

03 Fevral 2026 | 21:11

Yaponiyada şaxtalı hava 27 nəfərin ölümünə səbəb oldu

Yaponiyada son 2 həftə ərzində müşahidə olunan şaxtalı və qarlı hava 27 nəfərin ölümünə səbəb olub.

Bakıvaxtı.az Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Yanğın və Fəlakətlərlə Mübarizə Agentliyi açıqlama yayıb.

Ölüm hallarının 12-si Niiqata, 6-sı Akita, digərləri Hokkaydo, Aomori, İvate, Yamaqata, Naqano və Şimane prefekturalarında qeydə alınıb.

Niiqata prefekturasının səlahiyyətli qurumları 2 nəfərin qar təmizləyərkən su ilə dolu çuxura düşərək, bir neçə nəfərin damdan yıxılaraq və ya qəfil xəstəlikdən öldüyünü açıqlayıb.

Agentlik şaxtalı və qarlı hava ilə əlaqədar 290 nəfərin xəsarət aldığını bildirib.


SON XƏBƏRLƏR