• Bakı C

    14.75 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Sabiq deputatın dənizkənarı obyektləri SÖKÜLÜR

CƏMİYYƏT

03 Fevral 2026 | 20:08

Sabiq deputatın dənizkənarı obyektləri SÖKÜLÜR

Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü deyib.

Sabiq millət vəkilinin sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

"Obyektlər Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.

Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.


SON XƏBƏRLƏR