• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ölkəni müharibəyə aparmağa çalışırsınız” - Lukaşenko

DÜNYA

03 Fevral 2026 | 19:51 | Müəllif: Subhan Mahmudov

“Ölkəni müharibəyə aparmağa çalışırsınız” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Vitebsk vilayətinin rəhbərliyini kənd təsərrüfatı sahəsindəki uğursuzluqlara, xüsusilə mal-qara tələfatına görə sərt tənqid edib.

Bakıvaxtı.az “Pul Pervogo” teleqram kanalına istinadla xəbər verir ki, dövlət başçısı yerli məmurların idarəçilik metodlarını kəskin şəkildə pisləyib.

Lukaşenko bildirib ki, məmurların işə məsuliyyətsiz yanaşması ölkəni daxili xaos və dolayısı ilə müharibə şəraitinə sürükləyir:

“Bu sizin yanaşmanızdır. Siz dəli olmusunuz. Ölkəni müharibəyə aparmağa çalışırsınız. Amma unutmayın ki, biz ön cəbhədə yol göstərməli olacağıq”.

Qeyd edək ki, Prezidentin qəzəbinə səbəb bölgədəki təsərrüfatlarda heyvanların soyuqdan və baxımsızlıqdan tələf olmasıdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026