• Bakı 28° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir 

İQTİSADİYYAT

11 Avqust 2025 | 13:25

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir 

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Sumqayıt şəhəri, Sülh prospektində yerləşən və “Azərboru” ASC-nin istifadəsində dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb dövlət başçısına məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.


SON XƏBƏRLƏR