• Bakı 35° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Zəngəzur dəhlizi bütün Anadoluya təsir edəcək - Yılmaz

İQTİSADİYYAT

12 Iyul 2025 | 23:19

Zəngəzur dəhlizi bütün Anadoluya təsir edəcək - Yılmaz

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması həm regional ticarətə yeni təkan verəcək, həm də Anadolunun Qara dəniz limanlarının potensialını açacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu türkiyəli politoloq Murad Yılmaz deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin mühüm hissəsi olacaq Zəngəzur dəhlizi bütün Anadolunun inkişafına müsbət təsir göstərəcək:

“Ticarət dəhlizləri hesabına liman şəhərlərinin, o cümlədən Trabzonun strateji rolu artacaq. Yeni iş yerləri açılacaq. Türkiyənin Şərqi Qara dəniz bölgəsindəki vilayətlərin əhalisi artmağa başlayacaq”.

O, Zəngəzur dəhlizinin İraqın cənubundan Ankaranın dəstəklədiyi “İnkişaf Yolu” dəhlizi ilə birlikdə Türkiyənin, xüsusilə də ölkənin Qara dəniz regionunun iqtisadi profilini dəyişəcəyinə əminliyini ifadə edib.


SON XƏBƏRLƏR

12 Iyul 2025