• Bakı 27° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Maye qazların istehsalı 20%-dən çox artırıb

İQTİSADİYYAT

12 Iyul 2025 | 17:05

Maye qazların istehsalı 20%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 112,6 min ton maye qazlar istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 min ton və ya 20,2% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 93,7 min ton maye qazlar istehsal edilmişdi.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 3,5 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.


SON XƏBƏRLƏR