2025-2026-cı illərdə dünya taxıl ticarəti 2024/25-ci illə müqayisədə 1,2 faiz artaraq 486,9 milyon ton səviyyəsində proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.
Həm buğda, həm də düyü ixracının artacağı, qlobal düyü ticarətinin rekord həddə - 60,8 milyon tona çatacağı gözlənilir.
Qarğıdalı ticarətinin bir qədər azalacağı, arpa və sorqo ticarətinin isə artacağı proqnozlaşdırılır.
2025-2026 mövsümünün sonunda dünya taxıl ehtiyatlarının 2,2 faiz artaraq 889,1 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır.