• Bakı 27° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Türkdilli dövlətlərinin birgə xizək təlim mərkəzi yaradılacaq

İQTİSADİYYAT

12 Iyul 2025 | 17:18

Türkdilli dövlətlərinin birgə xizək təlim mərkəzi yaradılacaq

Ola bilər ki, nəzəri təlimlər Özbəkistanda, praktiki təlimlər isə Azərbaycanda olsun.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı tək tədbirlərin keçirilməsi üçün yaradılmış bir birlik deyil:

“Yəni burada kurortlar arasnda həm turistlərin cəlb olması üçün, həm “PR promotion” kampaniyasının həyata keçirilməsi üçün birgə fəaliyyət və iş birliyi yaradılır.

Bizim üçün ən əsas məsələ böyük potensialı olan kurortlarımızın bir araya gələrək birgə təlim mərkəzi yaratmasıdır, çünki bu bizə əlavə standartlarının yaradılmasına, dünya bazarında türk dövlətlərimin kurortlarının tanınmasına gətirib çıxaracaq.

Hazırda bu istiqamətdə danışıqlar davam edir. Təlimlər yəqin ki, Özbəkistanda başlayacaq. Bu birgə təşəbbüs olacaq. Ola bilər ki, nəzəri təlimlər Özbəkistanda, praktiki təlimlər isə Azərbaycanda olsun.

Biz bu təşəbbüsü turizm universitetləri ilə də əlaqələndirmək istəyirik ki, iştirakçılar rəsmi diplomlar ala bilsin”.


SON XƏBƏRLƏR