"Dağ-xizək turizminin mühüm iqtisadi və sosial potensialı mövcuddur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammitində çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə dilə gətirib. O bildirib ki, bu baxımından Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının yaradılması və bu çərçivədə həyata keçirilən birgə fəaliyyətlər tədqirəlayiqdir.
"İttifaq ölkələri arasında əlaqələrin sistemli şəkildə gücləndirilməsi qarşılıqlı turist axınının artmasına, turizm sahəsində əməkdaşlığın genişlənməsinə və regionda dayanıqlı turizmin inkişafına, o cümlədən mədəni bağların möhkəmlənməsinə mühüm töhfə verəcək", - o vurğulayıb.
Sədr müşaviri həmçinin bildirib ki, "Tufandağ" qış-yay turizm-istirahət kompleksi Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub:
"Tufandağ" Azərbaycan hökumətinin dəstəyi ilə inkişaf edib. Bugünkü görüş qardaş türkdilli dövlətlər arasında xüsusilə turizm sahəsində dostluq, həmrəylik və əməkdaşlığın daha da dərinləşməsi məqsədi daşıyır. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının yaradılması bu yolda mühüm mərhələyə çevrilib".