• Bakı 29° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Finlandiyadan Putinə XƏBƏRDARLIQ: Bizi sınama

DÜNYA

12 Iyul 2025 | 13:40

Finlandiyadan Putinə XƏBƏRDARLIQ: Bizi sınama

"Rusiya Ukrayna ilə müharibəyə başlamaqla müasir tarixdə ən böyük taktiki və strateji səhvə yol verdi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

"İddia edirəm ki, bu, müasir tarixin ən böyük taktiki və strateji səhvidir, o, (Rusiya Prezidenti Vladimir Putin - red.) NATO və Avropa İttifaqına üzv olmaq istəyən Ukraynanı cilovlamaq istədi. Onun məqsədi NATO-nu dağıtmaq idi, amma (Finlandiya və İsveçin alyansa üzv olması ilə) NATO ilə sərhədi ikiqat artırdı. Onun məqsədi həm də Avropa İttifaqını parçalamaq idi", - prezident bildirib.

Stubb vurğulayıb ki, Rusiya Ukraynadakı müharibədə çox ağır bədəl ödəyir, çünki onun qoşunları çox ləng irəliləyir:

"Rusiya ordusu bu il Ukrayna ərazisinin 0,25 faizini işğal edib və bu da hər kilometrə 167 əsgərin ölümünə səbəb olub. Bu, kifayət qədər ağır bədəldir".

Finlandiya lideri Putini “strateji axmaq və hərbi cəhətdən uğursuz” adlandırıb və ona xəbərdarlıq edib ki, NATO müqaviləsinin alyansın hər hansı bir üzvünə hücumu hamıya hücum olduğunu bəyan edən 5-ci maddəsinin işlək olub-olmadığını sınamasın.


SON XƏBƏRLƏR