• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Onu tənqid edənləri vətəndaşlıqdan MƏHRUM EDƏCƏK

DÜNYA

12 Iyul 2025 | 20:35 | Müəllif: Subhan Mahmudov

Onu tənqid edənləri vətəndaşlıqdan MƏHRUM EDƏCƏK

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə onu tez-tez tənqid edən keçmiş tok-şou aparıcısı Rosie O'Donnell haqqında qalmaqallı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, "Truth Social"dakı paylaşımında Tramp, O'Donnellin Amerika vətəndaşlığını ləğv etməyi "ciddi şəkildə düşündüyünü" açıqlayıb. 

Tramp mesajında O'Donnell-i "bəşəriyyət üçün təhlükə" kimi xarakterizə edib və onun ABŞ-nin maraqlarına xidmət etmədiyini müdafiə edib.

Rosie O'Donnell illərdir Trampla ictimai fikir ayrılıqlarının mərkəzində olub. Tramp 2025-ci ildə vəzifəsinə bərpa edildikdən sonra O'Donnell ABŞ-ni tərk edib və bu qərar tez bir zamanda sosial mediada trend mövzusuna çevrilib.

Trampın vətəndaşlıqla bağlı bəyanatı sosial şəbəkələrdə və hüquq dairələrində geniş əks-səda doğurub. ABŞ Konstitusiyasına əsasən, vətəndaşlıq birbaşa icra hakimiyyəti tərəfindən özbaşına ləğv edilə bilməz. Hüquq ekspertləri Trampın açıqlamalarının “siyasi ritorika”ya bərabər olacağını proqnozlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026