• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə meşə yanğını başlayıb - kəndlər təxliyə olunub

DÜNYA

11 Avqust 2025 | 19:04 | Müəllif: Subhan Mahmudov

Türkiyədə meşə yanğını başlayıb - kəndlər təxliyə olunub

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, yanğının söndürülməsinə 455 nəfər, 7 təyyarə və 6 helikopter cəlb olunub.

Meşə yanğını ilə əlaqədar Çanaqqala boğazından gəmi tranziti dayandırılıb.

Həkimlər tüstüdən zəhərlənmiş 14 vətəndaşa yardım göstəriblər, onların həyatları təhlükədən azad edilib.

Dardanos və Gözəlyalı rayonlarının sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib. Xüsusilə də yanğın Dardanosda bir çox evi məhv edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026