• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan XİN başçısı: Sülh prosesi diqqət və ehtiyat tələb edir

DÜNYA

10 Sentyabr 2025 | 17:15 | Müəllif: Əli Hüseynov

Ermənistan XİN başçısı: Sülh prosesi diqqət və ehtiyat tələb edir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Demək olar ki, sülh bərqərar olub, lakin biz hələ də yolun başlanğıcındayıq", - A.Mirzoyan bildirib.

O qeyd edib ki, bu, diqqət və ehtiyat tələb edən uzun bir prosesdir: "Sülh uzun bir prosesdir, o diqqət, deyilən hər bir sözə qarşı ehtiyatlı olmağı tələb edir".

A.Mirzoyanın sözlərinə görə, buna baxmayaraq, iki tərəf arasında bir sıra həll olunmamış məsələlər qalır: "Hələlik tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra yaxındır, lakin bir çox problemlər qalır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026