• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Parisdə 183 etirazçı saxlanılıb

DÜNYA

10 Sentyabr 2025 | 17:11 | Müəllif: Əli Hüseynov

Parisdə 183 etirazçı saxlanılıb

Fransada keçirilən etirazlar fonunda Parisdə və ətraf ərazilərdə kütləvi saxlanılmalar qeydə alınır.

Bakıvaxtı.az "Le Figaro"ya istinadən xəbər verir ki, Paris polis prefekturasının yerli vaxtla saat 14:30-a olan son məlumatlarına əsasən, Fransa paytaxtı və onun aqlomerasiyasında 183 etirazçı saxlanılıb.

Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen Lekornunu təyin edib ki, bu da son iki ildə həmin vəzifəyə artıq beşinci təyinatdır. Müxalifət partiyaları etimadsızlıq votumları hazırlayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026