• Bakı 23° C

    16.11 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Azərbaycan və ABŞ enerji sahəsində sərmayələri genişləndirir

DÜNYA

10 Sentyabr 2025 | 17:43

Azərbaycan və ABŞ enerji sahəsində sərmayələri genişləndirir

Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, nazir ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun baş rəsmisi Brendan Hanrahan ilə görüşüb.

Görüşdə yeni mərhələyə yüksələn enerji əlaqələrinə dair səmərəli müzakirələr aparılıb.

"Azərbaycanın enerji təchizatçısı missiyasının davam etdirilməsində ABŞ ilə əməkdaşlıq, Azərbaycanı Türkiyə, Avropa və Mərkəzi Asiya ilə müxtəlif istiqamətlərdə əlaqələndirən regional bağlantılar və enerji sahəsində sərmayələrin genişləndirilməsi kimi prioritetləri dəyərləndirdik", deyə P.Şahabov bildirib.


SON XƏBƏRLƏR