• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Qazımız Suriyaya ixrac ediləcək

İQTİSADİYYAT

12 Iyul 2025 | 15:25

Qazımız Suriyaya ixrac ediləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

Görüşdə, həmçinin Azərbaycan və Suriya arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib.

Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu.

Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR