Rusiyanın Omsk vilayətində yeraltı kazinolara himayədarlıq edən polis həbs edilib.
Bakıvaxtı.az bildirir ki, Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin 6-cı şöbəsinin rəisi Vyaçeslav İlyin xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Müstəntiqlərin fikrincə, o, qanunsuz qumar biznesinin “mühafizəsi” üçün pul alıb və onun maneəsiz fəaliyyət göstərməsinə töhfə verib.